6 dekabr 2025. Şənbə

İmişli'dən ilk qələbə, Neftçi'dən darmadağın


İmişli'dən ilk qələbə, Neftçi'dən darmadağın

Azərbaycan I Divizionunda 8-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“İmişli” “Zaqatala” ilə ev oyununda inamlı qələbə qazanıb. Əvvəlki bütün oyunlarında uduzmuş bu komanda ilk dəfə 3 xal qazanıb. “Kəpəz”lə “Səbail”in əvəzedici komandalarının oyunlarında da meydan sahibləri qalib gəlib. “Neftçi”nin əvəzediciləri isə səfərdə “Şamaxı”nın ikinci komandasını 3 cavabsız qolla məğlub edib. “Qaradağ Lökbatan” da “Sumqayıt”ın əvəzediciləri ilə dueldən heç-heçə ilə ayrılıb.

I Divizion
8-ci tur
18 oktyabr

İmişli – Zaqatala 3:1
Qol: Elariz Xəlilli, 40; 70. Elnur Səmədov, 89 – Cəlal Cəbrayılov, 85.
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Elmin Süleymanov, Əli Əliyev
Saatlı OİK stadionu, 14:30

Şamaxı-2 – Neftçi-2 0:3
Qol: Həbib İsmayılov, 20; 90+5. İbrahimov Novruzov, 90+5.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
Şamaxı şəhər stadionu, 14:30

Kəpəz-2 – Səbail-2 3:1
Qol: Nicat Verdiyev, 82. Əli Səmədov, 90+2 – Elvin Valiyev, 74.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, İslam Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30

Qaradağ Lökbatan – Sumqayıt-2 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Sevda Nuriyeva, Səbuhi Bayramov
Lökbatan OİK stadionu, 14:30

19 oktyabr

Zirə-2 – Mingəçevir
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva
“ASK Arena”, 13:00

Turan Tovuz-2 – MOİK
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Tovuz şəhər stadionu, 14:30

Qəbələ-2 – Araz Naxçıvan
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu