8 may 2026. Cümə

Qarabağ son illərin ən güclü oyununu göstərir


Qarabağ son illərin ən güclü oyununu göstərir
"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Qarabağ"la səfərdə oynamaq çox çətindir. Futbolçular sonadək vuruşdular. Belə matçlar inkişafımız üçün lazımdır. Gənc oyunçularımız 90 dəqiqəni yaşamalıdırlar. Qarşıda çətin görüşlər var. Bəzi mövqelərdə çətinliklər var. Qışadək dözmək lazımdır".
 
Abbasov futbolçuların belə qarşılaşmalarda inkişaf edəcəyini diqqətə çatdırıb: “Qarabağ”ın indi Avropada qarşısına çıxan yoxdur. Verdiyimiz qərarların səhv olduğunu düşünmürük. Erkən buraxdığımız qolda fərdi səhv oldu. Orta sahədə top itirmək olmaz. Ehtiyatsız yanlış ötürmə Ovusu Kvabenanı qapıçı ilə üzbəüz qoydu. Bilirik ki, “Qarabağ” öz meydanında ilk dəqiqələrdən pressinq edir. Təəssüf ki, erkən qol buraxdıq. Futbolçuları komandaya dəvət edəndə də bizi hansı çətinliklərin gözlədiyini bilirdik. İnanıram ki, bu oyunlar bizə dərs olacaq. İtirəcəyimiz bir şey də yoxdur. Komanda qurmaq istəyirik. “Turan Tovuz”dan hansısa böyük gözləntilər varsa, yanlış olar. Bölgə klubunu çempionata uyğunlaşdırmağa, belə rəqiblərlə mübarizə aparmağa vaxt lazımdır. Bəzi oyunçularımız öz klublarında oynamırdılar, onları qazanmışıq”.
 
Baş məşqçi "Qarabağ"ın gücünün hamıya bəlli olduğunu diqqətə çatdırıb: "Rəqib bu heyətlə çempionatda ikinci oyununa çıxır. Onların iki güclü heyəti var. Ehtiyatda olan futbolçuları digər komandalarda çempionluğa oynayar. “Qarabağ” son illərin ən güclü oyununu göstərir və ən yaxşı heyətinə malikdir. Digər iddialılar da var. Amma onların “Qarabağ”la nə dərəcədə yarışacaqlarını zaman göstərəcək".






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi