8 may 2026. Cümə

Qəbələ'nin Kəpəz'lə 22-ci görüşü


Qəbələ'nin Kəpəz'lə 22-ci görüşü
“Qəbələ” bu gün Misli Premyer Liqasının XI turunda “Kəpəz”lə üz-üzə gələcək. Corner.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.
 
Bu, iki komanda arasında 22-ci duel olacaq. Rəqiblər indiyədək 21 dəfə qarşılaşıb. Bu oyunların hamısı Premyer Liqa çərçivəsində keçirilib.
 
Hesabında 10 qələbə olan “Qəbələ” 5 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də öndədir – 28-16. “Kəpəz”lə görüşlərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.
 
11-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 14 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 6 top buraxıb
 
“Qırmızı-qaralar” son 4 qarşılaşmada qələbə əldə edib. Ardıcıl üç oyunda qol buraxmayan komandanın son iki qələbəsi böyük hesabla olub.
 
Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçına saat 16:00-da başlayacaq.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi