12 may 2026. Çərşənbə axşamı

Qəbələ'nin oyununda yalnız qol çatmır


Qəbələ'nin oyununda yalnız qol çatmır
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 11-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Ağır oyun oldu. Çətin olacağını bilirdik. "Kəpəz" "Neftçi"yə qarşı da pis oynamadı. Komanda gözlədiyimdən aşağı səviyyədə çıxış etdi. Fasilədən sonra istədiyimizi edə bilmədik. Vacib xallar itirdik. Çalışmaq, qarşıdakı oyunlara yüksək motivasiya ilə hazırlaşmaq lazımdı.
 
Ümumi götürəndə bizim oyunumuzda yalnız qol çatmır. Daha rahat olmağımız üçün imkanları dəyərləndirmək lazımdır. Hücumçular qol vurmayanda özlərinə inamı itirirlər. Heyətlə bağlı sıxıntılarımız var. Rövlan Muradov məcburiyyətdən müdafiədə oynayır. Üzərinə düşənin ən yaxşısını etməyə çalışır. Sonradan meydana daxil olanlar komandaya kömək etməyə çalışdılar. Hücumameyilli oyunçularımız daha aqressiv olmalıdır. Sonluğu gətirə bilmirik.
 
Emil Səfərovun yüngül zədəsi var. Tam gücü ilə oynaya bilmir. Ülvi İsgəndərov, Felipe Santos, Rafael Utziq, Omar Hani kimi oyunçularımız da var ki, neçə turdur, qol vura bilmirlər”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi