12 may 2026. Çərşənbə axşamı

Oyunun həmin hissəsindən daha razı qaldım


Oyunun həmin hissəsindən daha razı qaldım
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:
 
“Asan oyun olmayacağını bilirdik. Samir Abasovun gəlişindən sonra “Sumqayıt”ın oyun planında inkişafı aşkar görünürdü. Komanda daha dinamik, aqressiv oynayırdı. Oyuna yaxşı başladıq, qol vurduq. Sonradan oyun planında passivləşdik və rəqibə daha rahat oynamağa imkan verdik. İkinci yarıda dəyişiklərdən sonra dinamika və aqressiyamız artdı. Oyunun həmin hissəsindən daha razı qaldım. Qol vurduq, sonradan yenə qol epizodlarımız var idi. Çox vacib qələbə qazandıq. Sumqayıt səfəri həmişə ağır, çətin olur. Bu da həmin oyunlardan biri idi.
 
Bəzən elə futbolçular olur ki, oyuna sonradan daxil olanda özünü daha rahat hiss edir. Sərtan Taşkın da o futbolçulardan biridir ki, ona 30-35 dəqiqə vaxt verəndə özünü daha yaxşı hiss edir. Bu ildə də hücum planında inkişaf görünür. Hücum xəttində itkilərimiz var idi. Oyunu sonradan gücləndirmək üçün futbolçumuz yox idi, ona görə Sertandan istifadə etdik. O da etimadı doğrultdu və biz də buna sevinirik.
 
“Neftçi”yə qarşı keçirəcəyimiz oyun bizim üçün turnir cədvəli baxımından çox önəmli olacaq. "Neftçi", "Qarabağ" kimi komandalarla oyunlarda qazancağın hər bir xal önəmlidi. Müəyyən itkilərlə hazırlaşacağıq oyuna. Hacıağa Hacılı da cəzalı duruma düşdü. Əlimizdən gələni edəcəyik. Qazanılan xallar bizim üçün çox önəmlidi. Mümkün qədər irəliləməyi planlaşdırırıq”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi