12 may 2026. Çərşənbə axşamı

Samir Abbasov Sumqayıt'ın problemlərindən danışdı


Samir Abbasov Sumqayıt'ın problemlərindən danışdı
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:
 
“Sona qədər dəstək olduqlarına görə, azarkeşlərimizə təşəkkür edirəm. Oyun əldən getsə də, soyuq havada şəhərin komandasını dəstəkləyirlərsə, bunu qiymətləndirməliyik. Allah onlardan razı olsun. Biz də bunun cavabını yaxşı tərəfddən nə vaxtsa verərik. Oyunu iki hissəyə bölərdim. Sanki gərginlik var idi, yaxşı başlamadıq. Bu da daha çox istəkdən irəli gəlirdi. İkinci yarıda kontrolu ələ aldıq. Əfsuslar olsun ki, bunlar hamısı sözlərdədir. Üstünlüyü qola çevirə bilmirsənsə, bu da mənasız olur. Zamana ehtiyacımız var. Epizodları qola çevirə bilmirlərsə, oyunçular dəyişilməlidir. Qışdan sonra bunu edəcəyik.
 
Problemlərimiz Murad Xaçayev və Araz Abdullayev deyil. Formada olsalar belə, qlobal problemlərimiz var. Hücumda dişsizlik var, qol epizodlarını reallaşdıra bilmirik. Rəqibin meydançasına çatıb, işimiz asmalarla bitəcəksə, bu da bir vaxta qədərdir. Qarşımızdakı rəqibin müdafiəçiləri hündür olacaqsa, bu da bir işimizə yaramayacaq. Daha çox oyunu üzərinə götürəcək oyunçulara ehtiyacımız var. Səbirliyik və onlar da düzələcək. 22 futbolçu var. Əlimizdə olan uşaqları qazandırmağa çalışırııq. Heç kimi qazanmayacağıqsa, yenidən komanda qurulacaq. Epizodlara girmiriksə, bu, ən əsas problemdir. Bunun da öhdəsindən gələ bilmirik, başqa yollar axtarırıq. Bu gün o qədər asmalar etdik. Almir Aqanspahiç  əsas heyətdə oynamağa başlayıb, hündürboyludu, başla yaxşıdır. Əfsuslar olsun ki, ondan da yararlana bilmədik. Əsas odur ki, öz dərdimizi, problemimizi bilirik. Ancaq bunu açıq şəkildə deməyin vaxtı deyil. Çox oyunlarımız var. Ən azından həmin oyunçulara güvənməliyik, onlar oyuna çıxmalıdır”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi