9 avqust 2026. Bazar günü

Sabah'la Qəbələ'nin 21-ci dueli


Sabah'la Qəbələ'nin 21-ci dueli
Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək. Corner.az xəbər verir ki, “Qəbələ” turun son günündə meydana çıxacaq.
 
“Qırmızı-qaralar” oktyabrın 30-da “Sabah”la qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş iki komanda arasında 21-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 20 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən bu komanda 3 dəfə heç-heçə edib və 8 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran “Qəbələ” futbolçularımız 25 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.
 
İndiyədək keçirilən 20 matçdan 16-sı çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 8 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 15-23.
 
“Qəbələ” səfərdəki 10 görüşdə 5 dəfə qaib gəlib. Digər 5 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 13-10.
 
Xatırladaq ki, oktyabrın 30-da Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” oyununa saat 17:30-da start veriləcək.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı