24 oktyabr 2024. Cümə axşamı

Heç-heçə də bizi qane edəcəkdi


Heç-heçə də bizi qane edəcəkdi

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Evdə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən oyunun krtitik anında möhtəşəm dəstəklə futbolçuları ruhlandırdılar. Belə oyunlarda ən böyük üstünlüyümüz onlardı. "Sumqayıt"ı analiz etdikdə "Zirə"yə qarşı oyunda çox yaxşı təsir bağışlamışdı. Bizi ağır oyun gözlədiyini bilirdik. Bəlkə də istədiyimiz sürət olmadı, amma mübarizə apardıq. Hər iki komanda hər qarış üçün mübarizə apardı. Sevinirəm ki, epizod vermədik. Çətinliklərimiz oldu. Xəyal və Eltun xəstə idilər. Onlara da xüsusi təşəkkürümü bildirirəm ki, belə çətin oyunda komandaya kömək etdilər. Ehtiyat qüvvəmiz də çox deyil. Oduvanın zədələnməsi, Ehtiramın, Əzizin olmaması çətinlik yaradır. Hər xal bizim üçün vacibdir. Bu gün heç-heçə də bitə bilərdi. Bu da bizi qane edə bilərdi. Çünki bizdən aşağı pillədə qərarlaşan komandalara məğlub olmamalıyıq. Çətinliklərimiz olsa da xarakter göstərməklə, komanda şəklində bu çətinliklərin öhtəsindən gələ bilərik. Hər kəsi təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq".







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir