9 avqust 2026. Bazar günü

Səhvlərimiz həddindən artıq çoxdur


Səhvlərimiz həddindən artıq çoxdur
"Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Həftəlik məşq mərhələsində bu oyunun çətin keçəcəyini uşaqlara başa salırdım. Turnir cədvəlində iki qonşu komanda qarşılaşırdı, rəqib bizdən çox da uzaqlaşmamalı idi. 4 ildən sonra ikinci ev oyununda Gəncə azarkeşlərinə qələbə bəxş etmək istəyirdik. Oyunun ilk dəqiqələrindən futbolçuların özündə həyəcan, təzyiq hiss olunurdu. Oyunumuz alınmırdı. Amma getdikcə çalışdığımız qədər rəqibi əks hücumda tutub oyunu öz tərəfimizə çevirməyə səy göstərdik. Bu da tədricən öz bəhrəsini verdi. Düzdü, səhvlərimiz həddindən artıq çoxdur. Qələbədən dolayı futbolçularımı təbrik edirəm. Azarkeşlərə sona qədər bizə dəstək olduqlarına görə təşəkkür edirəm. Hər halda bu gün fanatların bizə dəstəyi ikinci stimul oldu. Heyətimizdəki kasadlığa baxmayaraq, komanda yaxşı mübarizə aparır. İstədiyim tam formaya nail ola bilməmişik. Bunun üçün zaman lazımdır. Ümumillikdə komanda istəklidir. Mübarizə aparır, yaxşı oyun nümayiş etdirməyə çalışır və bu, məni sevindirir".






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı