9 avqust 2026. Bazar günü

Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik


Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdən nə istədiyimizi göstərdik. Topa nəzarət bizdə idi. Topu itirdikdə də dərhal pressinq tətbiq edirdik. Uduzduğumuz son 2 oyunda məhz bu cür məqamlar çatışmırdı. Buna görə də futbolçularla söhbətimiz olmuşdu. Onlara demişdim ki, xarakter göstərmək lazımdır. Komandamızın gücü var və bunu göstərməliyik. Futbolçularımı bu qələbə münasibəti ilə təbrik edirəm. Bu cür davam etməliyik. Təəssüf ki, Azər Əliyev yenidən zədələndi. Bu, uğursuzluq, bəxtsizlikdir. Onun adına üzülürəm. Digər tərəfdən də Azər Salahlı qayıtdı. Əvvəldən Salahlını 75 dəqiqə oynatmaq fikrimiz yox idi. Amma məcburiyyətdən bunu etdik. Vato Arveladze də zədədən qayıdıb və bu gün özünü yaxşı tərəfdən göstərdi. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. İlk edəcəyimiz şey qaçmaq, meydanda mübarizə aparmaqdır. Komanda olmalıyıq. Bundan sonra isə futbolçuların keyfiyyəti gəlir. Bu gün rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Hücumda topu itirsək də, müdafiədəki futbolçularımız lazımi yerdə olub topu yenidən alırdılar. “Sabah”la oyunda bu çatışmırdı”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı