9 avqust 2026. Bazar günü

Qarabağ'dan darmadağın, Sabah'dan əzmkar qələbə


Qarabağ'dan darmadağın, Sabah'dan əzmkar qələbə

Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Bu oyunda Ağdam təmsilçisi rəqibinə 4 cavabsız qolla qalib gəlib 

Turun qapanış matçında isə “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edib. Bu qarşılaşmada hesabı qonaqlar açıblar.Amma meydan sahibləri ikinci hissədə vurduqları iki qolla əzmkar qələbə qazanıb.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a (1:0), “Kəpəz” isə “Səbail”ə (3:0) qalib gəlib. “Neftçi” də “Zirə” ilə səfər matçında qələbə qazanan (3:0) tərəf olub.

Misli Premyer Liqası
XII tur
30 oktyabr

“Şamaxı” – “Qarabağ” 0:4
Qol: M.Qurbanlı, 52; 90+3; 90+6. E.Cəfərquliyev, 56.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.

“Sabah” – “Qəbələ” 2:1
Qol: A.Kaşuk, 63. D.Volkov, 90+3 - İ.Alimi, 5-pen.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Masazır. “Bank Respublika Arena”, 18:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı