6 noyabr 2026. Cümə

Hər məğlubiyyət bizi daha da gücləndirməlidir


Hər məğlubiyyət bizi daha da gücləndirməlidir

"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matçın ağır olacağını əvvəldən bilirdik. “Sabah” iddialıdır. Liqanın liderlərindən biridir. Lakin komandam yaxşı mübarizə apardı. Belə məğlubiyyət almaq ağırdır. Lakin hər məğlubiyyət bizi daha da gücləndirməlidir”.







Misli Premyer liqa