28 iyul 2026. Çərşənbə axşamı

Qarabağ'da 20-ci qolunu vurdu


Qarabağ'da 20-ci qolunu vurdu
Musa Qurbanlı “Qarabağ”da 20-ci qolunu vurub. Corner.az xəbər verir ki, 20 yaşlı hücumçu Misli Premyer Liqasının XII turunda buna nail olub.
 
“Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard Ağdam klubundakı qol sayında 20-yə çatıb.
 
O, bunu 40-cı matçında rəsmiləşdirib. Musa Premyer Liqada 19, ölkə kubokunda 1 dəfə rəqib qapısına yol tapıb.
 
Qurbanlı ölkə çempionatlarında da 20-ci qoluna sevinib. O, bir dəfə “Zirə”də, 19 dəfə “Qarabağ”da fərqlənib. Hücumçu 38-ci oyunda buna çatıb.
 
Qeyd edək ki, Musanın həm Premyer Liqa, həm “Qarabağ”dakı ilk qolu 2020-ci il noyabrın 8-də baş tutan “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) təsadüf edib.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da