23 iyun 2026. Çərşənbə axşamı

Zirə klubuna xəbərdarlıq edildi


Zirə klubuna xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi (İK) "Səbail"in futbolçusu Nihad Qurbanlını bir oyunluq cəzalandırıb.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin "Kəpəz"lə matçın 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyi üçün qırmızı vərəqə alması səbəb olub.

"Dənizçilər" oyunçuya görə 200 manat ziyana düşüb.

İK "Zirə" klubuna xəbərdarlıq edib. Buna "Neftçi" ilə matçda jurnalistlərin zona 1-də Peşəkar Futbol Liqasının verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmaması səbəb olub.

"Qarabağ" azarkeşləri isə "Şamaxı" ilə səfərdəki görüşdə 12 ədəd plastik oturacağı sıradan çıxarıb. Stadiona dəymiş ziyanı "köhlən atlar" ödəyəcək.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı