24 oktyabr 2024. Cümə axşamı

Biz pula görə futbol oynamırıq


Biz pula görə futbol oynamırıq
"Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 13-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Tovuz səfəri həmişə ağır olub. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. "Turan Tovuz"un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Qol imkanlarını qola çevirə bilmirdik. Həftə ərzində bunun üzərində işlədik. Bu gün sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. "Turan Tovuz"a uğurlar arzulayıram. 
 
Bütün matçlara hazırlaşanda rəqibin oyun stilinə fikir veririk. "Turan Tovuz"un heyətində kifayət qədər yaxşı futbolçular var. Bu gün istədiyimiz oyunu sərgiləyə bildik. Komandamız matça yaxşı köklənmişdi. 
 
Təbii ki, qələbə üçün mükafat olacaq. Amma məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir. 
 
Növbəti turda ə"Sumqayıt"la qarşılaşacağıq. Bu matçın ciddiyyətini başa düşürük. Oyuna az da olsa, vaxtımız var. Ümid edirəm istədiyimiz oyunu sərgiləyə biləcəyik”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir