8 may 2026. Cümə

Qəbələ ilə Zirə'nin 31-ci dueli


Qəbələ ilə Zirə'nin 31-ci dueli
"Qəbələ” Misli Premyer Liqasının 13-cü turunda “Zirə” ilə qarşılaşacaq. Corner.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq.
 
Bu, iki rəqib arasında 31-ci duel olacaq. İndiyədək komandalar 30 dəfə görüşüb. 11 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 40 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb. “Qəbələ”nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. 
 
İndiyədək keçirilən 30 görüşdən 28-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 9 dəfə rəqibini üstələyən “Qəbələ” 13 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 33 qol vuran “qırmızı-qaralar” 24 top buraxıb.
 
“Qəbələ” 15-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran “Qəbələ” 10 top buraxıb.
 
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçına saat 15:00-da start veriləcək.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi