11 may 2026. Bazar ertəsi

Zirə uduzdu, Neftçi xal itirdi


Zirə uduzdu, Neftçi xal itirdi

Misli Premyer Liqasında XIII turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Qəbələ” doğma meydanda "Zirə”ni qəbul edib. Bu oyunun taleyini bir qol həll edib. Meydan sahibləri əlavə olunan vaxtda vurduğu qolla qələbə qazanıb.

Günün digər matçında “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri iki dəfə hesabda önə keçsələr də, üstünlüyü qorumağı bacarmayıb. Nəticədə qalib müəyyənləşməyib.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” doğma meydanda “Şamaxı”ya 1:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XIII tur
5 noyabr

“Qəbələ” – “Zirə” 1:0
Qol: Ü.İsgəndərov, 90+3.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 15:00.

“Sumqayıt” – “Neftçi” 2:2
Qol: R.Qadze, 41. M.Xaçayev, 61 - Q.Donyo, 47. A.Caber, 87.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli.
“Sumqayıt Arena”, 19:30.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi