11 may 2026. Bazar ertəsi

Sumqayıt daha gözəl futbol göstərəcək


Sumqayıt daha gözəl futbol göstərəcək
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyun gərgin keçdi. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdu. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələrsə etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev hərarəti ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. "Sumqayıt"ın rəqibləri üçün nə olacağını görəcəksiz.
 
Mənim "Neftçi" ilə əlaqəm qalmayıb. "Neftçi"yə nəyisə sübut etmək fikrim yoxdu. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdır. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna digər matçlardakı kimi hazırlaşmışdıq.
 
Rəqib baş məşqçi ilə mübahisəyə gəlincə, iki kişinin arasında olan söhbətdir. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi