9 avqust 2026. Bazar günü

Bu qələbə mənim üçün çox dəyərlidir


Bu qələbə mənim üçün çox dəyərlidir
"Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çətin qələbə alındı. Bu gün heyətdə müəyyən dəyişiklik etmişdik. Bəzi aparıcı futbolçular yox idi. Üstəlik, son 3 oyunu iddialı rəqiblərə qarşı keçirmişdik. Şadam ki, komandam bu gün intizamlı çıxış etdi. Bu qələbə mənim üçün çox dəyərlidir. 
 
Ötən mövsüm “ASCO Arena”nın qazonu daha bərbad durumda idi. Dəyişiklik olması müsbət haldır. Amma yenə də biz təbii meydançada oynamağa öyrəşmişik. Ona görə də ilk 20 dəqiqədə komandam müəyyən qədər çətinlik çəkdi. Azərbaycan cənub ölkəsidir, buna görə də istərdim ki, bütün stadionların qazonu təbii olsun. Amma hər klub öz büdcəsinə uyğun addım atır. 
 
Biz çempionluq barədə yox, növbəti oyun barədə düşünməliyik. Çünki qarşıda hələ çox oyun var. 
 
Qarşıda “Qarabağ”la oyun var. Rəqibimiz Avropa səviyyəli komandadır. Böyük oyun olacaq. Həmin gün azarkeşlərin də sayının çox olacağını düşünürəm. Özümüzə inanmalıyıq”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı