9 avqust 2026. Bazar günü

XXI əsrin Azərbaycandakı rekordu


XXI əsrin Azərbaycandakı rekordu
“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan çempionatında 10-cu quru oyununu keçirib. Corner.az xəbər verir ki, gənc qolkiperin yubileyi Misli Premyer Liqasının XIII turunun “Səbail”lə görüşünə təsadüf edib – 2:0.
 
Yusif mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən İmanov 7 görüşdən üçündə qol buraxmayıb.
 
O, 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. Yusif XXI əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır.
 
Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb. Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur – 17 yaş 297 günlük.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı