9 avqust 2026. Bazar günü

Qəbələ'nin futbolçusu 15 qolla 16-cı oldu


Qəbələ'nin futbolçusu 15 qolla 16-cı oldu
Ülvi İsgəndərov “Qəbələ”nin heyətində 15-ci qolu vurub. Corner.az xəbər verir ki, o, Misli Premyer Liqasının XIII turunun “Zirə” ilə ev matçında yubiley topuna imza atıb.
 
25 yaşlı hücumçu 90+3-cü dəqiqədə meydanın mərkəzindən vurduğu baxımlı qolla “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. Ülvi “Qəbələ”nin heyətində meydana çıxdığı 87-ci rəsmi matçda 15-ci dəfə rəqib qapısına yol tapıb.
 
O, klub tarixində 15 və daha çox qol vuran 16-cı futbolçudur. Bombardirlər cədvəlinə isə 33 topla Viktor Mendi başçılıq edir.
 
Qəbələ şəhər stadionundakı qarşılaşma İsgəndərovun Premyer Liqada komandamızın heyətində yubiley – 75-ci matçı olub. O, bu görüşlərdə 12-ci dəfə fərqlənib. Hücumçu digər üç qoluna ölkə kubokunda imza atıb.
 
Xatırladaq ki, Ülvi “Qəbələ”də ilk qolunu 2017-ci il noyabrın 29-da Azərbaycan kubokunun “Mil-Muğan”la oyununda (8:0) vurub.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı