8 aprel 2026. Çərşənbə

Turan Tovuz – Qarabağ oyununda anlamlı jest


Turan Tovuz – Qarabağ oyununda anlamlı jest
Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunundan əvvəl anlamlı jestlə yaddaqalan olub. Corner.az saytı xəbər verir ki, topa ilk toxunuşu 2018-ci ildə erməni təxribatı nəticəsində xəsarət alan Elgün Hüseynov edib.
 
Hakimin start fitindən sonra Əlibəyli kənd sakini olan 18 yaşlı Hüseynovun topa toxunuşu stadiona toplaşan azarkeşlərin alqışları ilə müşayiət olunub.
 
Qarşılaşmadan bir neçə saat əvvəl isə Peşəkar Futbol Liqası (PFL) klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib. PFL əməkdaşları, şəhid ailələri, qazilər, “Turan Tovuz” və “Qarabağ” klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının (“Turan Tovuz”un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.
 
Qeyd edək ki, 2018-ci ildə minaya düşən Elgün Hüseynovun sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub.






Misli Premyer liqa

“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi
“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə