11 may 2026. Bazar ertəsi

Şamaxı layiqli qələbə qazandı


Şamaxı layiqli qələbə qazandı
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 14-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:4 hesabıyla uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:
 
“Danışası çox şey yoxdur. Yaxşı oynamadıq. “Şamaxı” layiqli qələbə qazandı. Onları təbrik edirəm. Gələcək oyunlara hazırlaşacağıq.
 
Azarkeşlər həmişə qələbə istəyir. Özümüz də qalib gəlmək istəyirik. Təəssüf ki, bu gün alınmadı. Azarkeşləri başa düşmək olar. Biz də komandanı düzəltmək istəyirik. Qələbələr olmalıdır.
 
Oyunun belə çətin keçəcəyini gözləyirdik. “Şamaxı” pis komanda deyil. Gənc və təcrübəlilərdən komanda formalaşdırılıb. Burada onlarla hamı çətinlik çəkir. İstəkli komandadır. Bizə gəlincə, “Neftçi” ilə matçda daha istəkli idik. Bu gün isə “Şamaxı” daha istəkli oldu. “Neftçi” ilə matçda da 4-5 xəstə oyunçumuz var idi. Hələ də tam bərpa olmamışdılar.
 
Müdafiədəki səhvlər diqqətsizlikdən qaynaqlanır. Fərdi səhvlərdən qollar buraxırıq. Həm hücum, həm də müdafiədə xeyli problemlərimiz var. İdmançı xarakter göstərməlidir”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi