24 oktyabr 2024. Cümə axşamı

İstefa barədə düşünmürəm


İstefa barədə düşünmürəm
"Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 14-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq. Daha yaxşısına ümid edirdik. Alınmadı. Qarşıda oyunlar var. Çalışacağıq ki, belə problemlər olmasın. Hücumda aktiv ola bilmirik. Ağabala Ramazanovla Ruslan Hacıyevin yoxluğu özünü göstərir. Onlar zədələnəndən sonra hücumda kəsərli deyilik. Bu futbolçular sağalandan sonra nəticələrin yaxşılaşacağını düşünürəm. Dünyanın sonu deyil. Qarşıda oyuarımız var. Çalışacağıq ki, nəticələri yaxşılaşdıraq. Kəsərli hücumçu və vingerlərə ehtiyacımız var. Zədəlilər qayıtsın, sonra nəticələrə baxarıq. Bizim üçün kiminlə oynayacağımız fərq etmir. "Neftçi" ilə görüşə də qələbə üçün çıxacağıq. Bu gün yaxşı çıxış etmədik. 
 
Legionerlərlə bağlı düşünürdük ki, adaptasiya tez olar. Bəzi legionerlerin zəif çıxışından narazıyıq. Amma bu dəqiqə heç nəyi dəyişə bilmərik. Bu oyunçulardan istifadə etməyə məcburuq. 
 
Aqressiv oynamaq istəyirik. Sadəcə, hərdən bəzi futbolçularımız aqressivliklə kobud oyunu ayırd edə bilmir. Durduğumuz yerdə qırmızı vərəqələr almışıq. Heç nədən komandanı pis vəziyyətdə qoyanların cəzaları olub. Gələcəkdə də olacaq. 
 
İstefa? Bu barədə düşünmürəm. Ağlımdan da keçirmirəm. Qışa kimi bu heyətlə oynamalıyıq. Qışda dəvət edəcəyimiz futbolçular var. Qışdan sonra komandamızın daha yaxşı olacağını hesablamışıq”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir