11 may 2026. Bazar ertəsi

Bir səhvə görə kimisə qınamaq olmaz


Bir səhvə görə kimisə qınamaq olmaz
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Neftçi" iddialı komandadır. Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm. Bu tempdə davam etsək, daha da yaxşı olacağıq. Futbol səhvlər üzərində qurulub. Qol buraxırıqsa, burada tək Ruan Renatonun günahı yoxdur. Hər şey qaydasındadır. Sadəcə, ötən mövsüm uğurlu seriyamız olduğu üçün oyunu ön plana çıxırdı. Ona güvənirəm".
 
O, "Qəbələ"ni "Şamaxı" ilə müqayisə etmək istəmədiyini söyləyib: "Onların öz məqsədi var. Yerli futbolçuları inkişaf etdirməklə məşğuldurlar. Bizdə də gənc oyunçular var. Amma komandanı yerli və əcnəbiyə bölmürük. Kim xeyir verirsə, ona güvənirik. Bu gün Felipe Santos, Murad Musayev və Rafael Utziqin də epizodları oldu. Tək Haniyə görə uduzmadıq. Axsadığımız nöqtələr var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
 
Baş məşqçi Səlahət Ağayevin ikinci qolda buraxdığı səhvə də toxunub: "Onun səviyyəsi hamıya məlumdur. Bir səhvə görə kimisə qınamaq olmaz. Yaxşı qapıçıdır, komandanın liderlərindən biridir. Ələ düşən imkanları dəyərlənirməyəndə qapınızda belə qollar görəcəksiniz".
 
Baxşıyev komandasının hər oyunda ən azı 7-8 epizoda girdiyini xatırladıb: "Oyunçular tapşırıqları yerinə yetirir. Futbolçularımdan razıyam. İnanıram ki, özlərini yenidən sübut edəcəklər. Hər oyun ağırdır. Bütün rəqiblərə qarşı maksimum köklənmə ilə oynayırıq".






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi