9 avqust 2026. Bazar günü

Qarabağ'a ilk xal itkisini Sabah yaşatdı


Qarabağ'a ilk xal itkisini Sabah yaşatdı

Bu gün Misli Premyer Liqasında XIV tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” qərb derbisində “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Günün və turun son matçında isə lider “Qarabağ” səfərdə əsas izləyicisi “Sabah”ın qonağı olub. "Köhlən atlar" cari mövsümdə xal itkisi ilə üzləşməmişdi. Bu üzdən, "Sabah"ın "Qarabağ"ı büdrədib-büdrətməyəcəyi maraqla gözlənilirdi. Belə də.oluh qarşılaşmada tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. Beləcə, son çempion yeni mövsümdə ilk dəfə qələbə qazana bilməyib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Sumqayıt”ı 4:2, “Zirə” “Səbail”i 1:0, “Neftçi” “Qəbələ”ni 2:0 hesabıyla məğlub edib.

Misli Premyer Liqası
XIV tur
13 noyabr

“Kəpəz” – “Turan Tovuz” 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev.
Gəncə şəhər stadionu, 14:30.

“Sabah” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Masazır. “Bank Respublika Arena”, 17:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı