11 may 2026. Bazar ertəsi

Son 5 mövsümün rekordu


Son 5 mövsümün rekordu
Misli Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı izləyib. Corner.az xəbər verir ki, bu, mövsümün yeni rekordudur. “Bank Respublika Arena”dakı görüşə qədər rekord III turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.
 
Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.
 
Ümumilikdə turun görüşlərini 15500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14800 tamaşaçının izlədiyi III tura məxsus idi.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi