8 aprel 2026. Çərşənbə

Hazırlığımız yaxşı getmir


Hazırlığımız yaxşı getmir

"Növbəti oyuna hazırlığın yaxşı getdiyini deyə bilmərəm".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Səbail"ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis bəzi aparıcı futbolçuların zədəli olduğunu, digərlərinin isə milli komandalarda çıxış etdiyini bildirib: "Eddi İsrafilov və Azər Salahlının durumu hələlik istənilən səviyyədə deyil. Əlimizdə olan oyunçulardan maksimum yararlanmaq istəyirik. Zədəlilərin tezliklə komandaya qoşulacaqlarına inanırıq".

Rumıniyalı çalışdırıcı sıraya dönən Eddi İsrafilovun hazırda özünü daha yaxşı hiss etdiyini vurğulayıb: "Az da olsa ağrıları var. Əlimizdən gələni edirik ki, məşqlərdə sonadək iştirak etsin".

Regekampf komandadakı gənc oyunçular haqqında da fikirlərini bölüşüb: "Yaxşı gənc futbolçulara malikik. Onların zədələrdən uzaq olacağına inanırıq. Həmin oyunçular davamlı şəkildə əsas komanda ilə məşqlərdə iştirak edirlər. Hər şey onların məşqlərindən, performansından asılıdır. Ehtiyacımız olacağı təqdirdə həmin gənclərə də şans verəcəyik".

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.







Misli Premyer liqa

“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi
“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə