28 iyul 2026. Çərşənbə axşamı

Məğlub olsaq da, yaxşı oynadıq


Məğlub olsaq da, yaxşı oynadıq
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionat oyununda onları 3:1 məğlub etmişdik. Ehtimal edirdik ki, “Turan Tovuz” bizimlə oyuna ciddi hazırlaşacaq. Komandamın hər iki hissədəki oyununu yaxşı dəyərləndirirəm. Çoxsaylı qol imkanları yaratdıq, təəssüf ki, onları qola çevirə bilmədik. Həm hücum, həm müdafiədə yaxşı oynadıq. Futbolda “vurmayana, vurarlar” prinsipi işə düşdü, nəticədə uduzduq. Ancaq biz önümüzə baxırıq. Artıq növbəti oyunu düşünəcəyik. “Turan Tovuz”a gələcəkdə uğurlar arzulayıram”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da