- Misli Premyer liqa
- 10:57 05.12.2025
Azərbaycan kubokunda bu gün 1/8 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.
İlk matçlar saat 14:00-da start götürüb. "Mingəçevir" "Zirə" ilə, "Kəpəz" "Sumqayıt"la qarşılaşıb. Zirə təmsilçisi səfərdə inamlı qələbə qazanaraq mərhələ adlayıbsa, Premyer Liqada uğursuz mövsüm yaşayan "Sumqayıt" isə kubokla vidalaşıb. Birinci oyunun qalibi 1/4 finalda "Neftçi" ilə, növbəti görüşün güclüsü isə "Turan Tovuz"la üz-üzə gələcək.
Günün və mərhələnin sonuncu qarşılaşmasında "Sabah" "Qaradağ Lökbatan"la münasibətlərinə aydınlıq gətirib. Bu cütün qalibinin isə növbəti raundda rəqibi "Səbail" olacaqdı. "Sabah" aşağı liqa təmsilçisi üzərində 5 cavabsız qolla qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.
Xatırladaq ki, 1/8 final mərhələsinin ötən gün keçirilmiş oyunlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0, "Qəbələ" isə "Araz Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.
Azərbaycan kuboku
1/8 final
23 noyabr
“Mingəçevir” – “Zirə” 0:2
Qol: D.Çantakias, 30. R.Əhmədzadə, 60.
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“Kəpəz” – “Sumqayıt” 1:0
Qol: M.Erqemlidze, 9.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu, 14:00.
“Sabah” – “Qaradağ Lökbatan” 5:0
Qol: D.Volkov, 33. B.Həsənalızadə, 39. E.Apeh, 61; 88; 90+1.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Masazır. “Bank Respublika Arena”, 17:00.