9 avqust 2026. Bazar günü

Nəticədən razıyıq - Sabah'ın məşqçisi


Nəticədən razıyıq - Sabah'ın məşqçisi
"Sabah”ın məşqçisi Vitali Korneyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Heyətdə rotasiyalar etmişdik. Oyun bizim diqtəmiz altında keçdi. Az oynayan futbolçulara özlərini göstərmək üçün fürsət verdik. Bəzi şeylər istədiyimiz kimi alınmasa da, nəticədən razıyıq. Biz bu matça elə-belə oyun kimi baxmırdıq. Ona görə də gənc futbolçulara ikinci hissədə şans verdik. Matçın çətin olacağını düşünürdük. Standard vəziyyətdən qol vurduq. Amma oyunu bunun üzərində qurmamışdıq. Cinahdan asmalar edirdik. Standart vəziyyətlər futbolun bir hissəsidir. Bunu oyundan çıxarmaq olmaz. Biz azarkeşlər üçün oynayırıq. Çempionat və ya kubok matçının fərqi yoxdur. Rəqibin "Qarabağ", "Səbail" və ya başqası olmasından asılı olmayaraq, qələbə qazanmaq üçün oynayırıq”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı