23 iyun 2026. Çərşənbə axşamı

Cavid Hüseynova 6 oyunluq cəza!


Cavid Hüseynova 6 oyunluq cəza!
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
MOİK – “Səbail” oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 1600 manat cərimə edilib. Matçda xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK klubuna xəbərdarlıq edilib.
 
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə oyundan çıxarıldığı üçün o, oyunlardan 1 oyun kənarlaşdırılıb və klubu 200 manat cərimə edilib. Matç başa çatdıqdan sonra “Şamaxı”nın məşqçisi Cavid Hüseynovun birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klub 4800 manat cərimə edilib.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı