24 oktyabr 2024. Cümə axşamı

Daha dörd komandaya texniki məğlubiyyət verildi


Daha dörd komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif turnirlərlə bağlı aşağıdakı qəarlar qəbul olunub.
 
U-12 Liqasının 9-cu turunun “Aran” FK (Ağcabədi) – “Mil-Muğan” oyununda “Aran”nın heyətində yetərsay olmadığı üçün matç baş tutmamağına görə bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-10 Liqasının 9-cu turunun “Nabran” (Xaçmaz) – “Kavkaz” oyununda “Kavkaz”ın heyətində yetərsay olmadığı üçün matç baş tutmadığı üçün bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-14 Liqasının 6-cı turunun “Məhəllə Uşaqları” (Sumqayıt)  – “Siyəzən” oyununda “Məhəllə Uşaqları” oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Bu səbəbdən “Məhəllə Uşaqları” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-16 Liqasının 12-ci turunun “Səbail” – EFA oyununda EFA-nın futbolçusu Cavid Efendiyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. EFA-nın azarkeşləri meydana daxil olaraq hakimlərə qarşı fiziki təzyiq göstərdiyi üçün EFA növbəti 3 oyunu azarkeşsiz keçirəcək.
 
U-11 Liqasının “Ramal TƏRTƏR U-11”  – “Şırvan Ağdaş U-11” oyununda “Ramal TƏRTƏR U-11” oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Bu səbəbdən “Ramal TƏRTƏR U-11” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir