23 iyun 2026. Çərşənbə axşamı

Biz də kuboku qazanmaq istəyirik


Biz də kuboku qazanmaq istəyirik
"Səbail”in futbolçusu Rafael Məhərrəmli klubun rəsmi saytına açıqlama verib. Corner.az xəbər verir ki, gənc oyunçu komandasının Azərbaycan Kubokunun 1/8 finalında MOİK üzərində qazandığı qələbə və 1/4 final mərhələsindəki rəqiblə bağlı fikirlərini bildirib:
 
“Azərbaycan Kubokunda ilk matçımızı keçirdik. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Kubok oyunları hər zaman gərgin olur. Burada rəqibin Divizion və ya Premyer Liqa komandası olmasının fərqi olmur. MOİK-ə qarşı oyunumuz istədiyimiz kimi alındı. Qələbə qazanmağı bacardıq. Hazırda komandamızda əhvali-ruhiyyə yaxşıdır. 1/4 final mərhələsindəyik və rəqibimiz “Sabah”dır. Bu komanda haqqında xüsusi fikir bildirməyə, məncə, ehtiyac yoxdur. Çox güclü rəqibə qarşı oynayacağıq. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Lakin dediyim kimi, rəqibin kimliyindən aslı olmayaraq, bizi çətin və bir o qədər də maraqlı oyun gözləyir. Bütün komandalar kimi biz də kuboku qazanmaq istəyirik. Bunun üçün də var gücümüzlə çalışacağıq. Mərhələ adlayıb, irəliləmək istəyirik. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı