8 may 2026. Cümə

Qarabağ belə səhvləri bağışlamayacaq


Qarabağ belə səhvləri bağışlamayacaq
"Neftçi”nin baş məşçqisi Laurentsiu Regekampf Premyer Liqanın 15-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, rumıniyalı baş məşqçi 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox pozitiv anlar yaşadıq. Oyuna yaxşı başladıq. İlk hissə nəzarətimizdə idi. Bəzi epizodlarda özümüzə inanırdıq. Elə epizodlar var idi ki, tempi dəyişməliydik. İkinci hissədə növbəti dəfə fərqlənə bildik. Sonra növbəti 10 dəqiqə çətin oldu. Qapımızda qol gördük. 10 dəqiqə ərzində heç nə edə bilmədik. Bununla da rəqibə 2-3 şans verdik”.
 
O, cinahda futbolçularının səhvlər etdiyini xüsusilə vurğulayıb: “Düzdür, “Qarabağ” belə səhvləri bağışlamayacaq. Eyni zamanda, oyunçularımız da yaxşı oynayacaqlar. Onlar belə səhvlər etməməlidirlər. Azər Salahlı millinin düşərgəsində idi, bəzi oyunçular komandada ümumən məşq edə bilmədilər. Sabahdan növbəti matça köklənəcəyik. Oyunçularıma güvənirəm”.
 
47 yaşlı baş məşqçi 16-cı turda “Qarabağ”a qarşı oyundan da danışıb: “Şanslar hər zaman bərabər olur. Hazır olmalıyıq. Gücümüzə, özümüzə inanmalıyıq. Qələbə qazanmaq üçün imkanlarımız ola bilər”.
 
Regekampf “Neftçi”nin heyətində ilk oyununa çıxan Ağadadaş Salyanski barədə fikir bildirib:
 
“Gəncdir. Bəyənirəm, klubun gələcəyidir. Çalışıram əvəzedici komandadan futbolçuları əsas heyətə dəvət edim. Belə olduğu halda onların özlərinə inamı artır. Lakin onlar daha çox işləməlidir”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi