9 avqust 2026. Bazar günü

Təəssüf ki, alınmadı - Şamaxı'nın baş məşqçisi


Təəssüf ki, alınmadı - Şamaxı'nın baş məşqçisi
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 15-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları deyib:
 
“Oyun gözlədiyimizdən də çətin keçdi. “Kəpəz” bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi. Biz özümüz də çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüf ki, alınmadı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadıq. Komandaya təşəkkürümü bildirirəm, ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda “Kəpəz”ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı