9 avqust 2026. Bazar günü

Qarabağ'dan Zirə ilə heç-heçə


Qarabağ'dan Zirə ilə heç-heçə

Bu gün Misli Premyer Liqasında XV turun daha iki oyunu keçirilib. Corner.az xəbər verir ki, əvvəlcə turnir cədvəlinin alt pillələrində qonşu olan “Kəpəz” və “Şamaxı” komandaları qarşılaşıb. Bu oyunda hesabı Gəncə təmsilçisi açsa da, meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıb.

Günün sonuncu matçında isə lider “Qarabağ” doğma meydanda “Zirə”ni sınağa çəkib. Bu oyunda da qapılara qol vurulmayıb. 

Xatırladaq ki, ilk oyun günündə “Neftçi” “Səbail”i 3:1 hesabıyla məğlub edib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XV tur
28 noyabr

“Şamaxı” – “Kəpəz” 1:1
Qol: B.Həziyev, 68 - M.Erqemlidze, 11.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

“Qarabağ” – “Zirə” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov.
Bakı. “Azersun Arena”, 19:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı