27 iyul 2026. Bazar ertəsi

Turnir cədvəlinə baxmıram - Murad Musayev


Turnir cədvəlinə baxmıram - Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər matçını şərh edib. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Regionlarda oynamaq çox çətindir. Süni meydanlar oyunçulara çətinlik yaradır. Çünki yorulurlar. Futbolçulara təşəkkür edirəm. Sona qədər oyundan qopmadıq və qəlbə qolunu vura bildik”.
 
Musayev "Qarabağ"ın "Zirə" ilə matçda xal itirməsi və aradakı fərqin 3-ə enməsi barədə sualı belə cavablandırıb:
 
"Turnir cədvəlinə baxmıram. Çempionluq mübarizəsi barədə düşünmürük. Oyundan oyuna baxmalıyıq. Neçə xal toplayacağımız, neçənci olacağımız mövsümün sonunda bəlli olacaq".






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu