9 avqust 2026. Bazar günü

Sabah'dan qələbə, Sumqayıtda heç-heçə


Sabah'dan qələbə, Sumqayıtda heç-heçə

Bu gün futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda liderlər qrupunda qərarlaşmış “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qonaqlar minimal hesabla qələbə qazanıb.

Turun qapanış matçında isə “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Xatırladaq ki, daha öncə “Neftçi” “Səbail”ə qalib gəlibsə (3:1), “Şamaxı” - “Kəpəz” (1:1) və “Qarabağ” - “Zirə” (0:0) matçlarında qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
XV tur
29 noyabr

“Turan Tovuz” – “Sabah” 0:1
Qol: A.Kaşuk, 80.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Qəbələ” 1:1
Qol: T.Todoroski, 79 - İ.Alimi, 74-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 16:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı