9 avqust 2026. Bazar günü

Qarabağ'ın legioneri üçün əlamətdar oyun


Qarabağ'ın legioneri üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının XV turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb.

Oyunçu bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.

Premyer Liqada 2020/2021 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 matç keçirib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı