9 avqust 2026. Bazar günü

Qəbələ'nin Səbail'lə 23-cü dueli


Qəbələ'nin Səbail'lə 23-cü dueli
“Qəbələ” Misli Premyer Liqasının XVI turunda “Səbail”lə görüşəcək. Corner.az xəbər verir ki, bu komandaların oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.
 
Bu görüş rəqiblər arasında 23-cü duel olacaq. Əvvəlki 22 oyunda “Qəbələ” üstünlüyə malikdir. 12 qələbəsi olan “qırmızı-qaralar”5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 40 qol vuran komanda 22 top buraxıb. Baqali Dabo “Səbail”ə daha çox - 6 qol vurub. 
 
“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 20 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 10 qələbə qazanan əyalət təmsilçisi 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda “Səbail” qalib gəlib. 35 qol vuran “Qəbələ” 20 top buraxıb.
 
“Qəbələ” 11-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək komanda evdəki 10 görüşdə uduzmayıb. 7 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 22 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.
 
Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 14:30-da başlayacaq.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı