18 mart 2026. Çərşənbə

Layiqli qələbə qazandıq - Elmar Baxşıyev


Layiqli qələbə qazandıq - Elmar Baxşıyev
Misli Premyer Liqasının XVI turunun “Qəbələ” – “Səbail” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Maraqlı qarşılaşma alındı. Hər iki komanda dinamik oynamağa çalışdı. Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da, sonradan hər iki tərəfə zövq verdi. Komanda şəklində hücumda daha çox olmağı planlaşdırırdıq. Bunun öhdəsindən gəldik. Komandanı təbrik edirəm. Layiqli qələbə qazandıq. Rəqib təzyiq göstərirdi və müdafiəyə çəkilməyimiz bunun nəticəsidir. Planımızda nə var idisə, onu da meydanda gördüm”.
 
Baxşıyev Azərbaycan kubokunun “Qarabağ”la matçları barədə də danışıb: “Rəqibdən asılı olmayaraq hər oyun ağırdır. Düşünürəm ki, daha yaxşı hazırlaşacaq və mübarizə aparmağa çalışacağıq. Görüşlərə düzgün yanaşmaq və layiqli müqavimət göstərmək istəyirik”. 
 
Mütəxəssis Ülvi İsgəndərovun növbəti dəfə qələbə qolunu vurmasına da toxunub: “Futbolçularım universal olmağa çalışmalıdır. Ülvi İsgəndərov komandaya 9 xal qazandırıb. O, özünü heyət üzvü kimi hiss edir. Kənardan onun ehtiyat qüvvə olduğu görünə bilər. Amma İsgəndərov əsas heyət üzvüdür”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi