27 iyul 2026. Bazar ertəsi

Qəbələ'dən əzmkar qələbə, Sabah xal itirdi


Qəbələ'dən əzmkar qələbə, Sabah xal itirdi

Misli Premyer Liqasında XVI turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”i sınağa çəkib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri əzmkar qələbə qazanıb. Günün digər matçında isə “Sabah” “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda meydan sahibləri erkən qolla hesabı açsalar da yekunda qonaqlar məğlubiyyətdən xilas olmağı bacarıb.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Neftçi”yə 4:0 hesabıyla qalib gəlib. “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XVI tur
3 dekabr

“Qəbələ” – “Səbail” 2:1
Qol: F.A.Akal, 35. Ü.İsgəndərov, 63 - K.Luvaqa, 4.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu, 14:30.

“Sabah” – “Şamaxı” 1:1
Qol: K.Sebalyos, 2 - F.Bayramov, 88.
Qırmızı vərəqə: K.Sebalyos, 25 - E.Mustafayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 17:00.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu