9 avqust 2026. Bazar günü

Qəbələ'nin futbolçusu 50-yə çatdı


Qəbələ'nin futbolçusu 50-yə çatdı
Məqsəd İsayev “Qəbələ”də 50-ci oyununu keçirib. Corner.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.
 
28 yaşlı müdafiəçi “Səbail”lə ev görüşündə 90 dəqiqə meydanda olub. “Qırmızı-qaralar”ın 2:1 hesablı qələbə qazandığı qarşılaşma onun “100”ü yarılaması ilə əlamətdar olub. Məqsəd bu oyunlarda 4 qol vurub.
 
O, Premyer Liqada 43 (3 qol), Azərbaycan kubokunda 5 (1 qol), avrokuboklarda 1 dəfə şans qazanıb. İsayev klub tarixinə 50 və daha çox matça çıxan 54-cü oyunçu kimi düşüb.
 
Qeyd edək ki, müdafiəçi “Qəbələ”də 2021-ci il avqustun 15-də debüt edib. O, “Neftçi”yə qarşı səfərdə keçirilən çempionat matçında (2:2) meydana çıxıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı