9 avqust 2026. Bazar günü

Sumqayıt'dan ilk, Zirə'dən çətin qələbə


Sumqayıt'dan ilk, Zirə'dən çətin qələbə

Bu gün Misli Premyer Liqasında XVI tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. "Sumqayıt" bu oyunun sonlarında azlıqda qalmasına baxmayaraq, səfərdən çətin qələbə ilə qayıtmağı bacarıb. Bu, sözügedən komandanın həm də cari mövsümdəki ilk qələbəsidir.

Turun qapanış matçında  “Zirə” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu matçda isə meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Xatırladaq ki, daha öncə “Qarabağ” “Neftçi”yə 4:0, “Qəbələ” “Səbail”ə 2:1 hesabıyla qalib gəlibsə, “Sabah” – “Şamaxı” oyununda qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
XVI tur
4 dekabr

“Kəpəz” - “Sumqayıt” 0:1
Qol: V.Hüseynov, 89.
Qırmızı vərəqə: V.Mustafayev, 84.
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev.
Gəncə şəhər stadionu, 14:30.

“Zirə” - “Turan Tovuz” 2:1
Qol: F.Paxtmann, 74. K.Bayramov, 85-öz qapısına – A.Quseynov, 86.
Matçın 31-ci dəqiqəsində H.Keyta penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı