23 iyun 2026. Çərşənbə axşamı

Sumqayıt'la Kəpəz TTY maşınına görə cərimələndi


Sumqayıt'la Kəpəz TTY maşınına görə cərimələndi
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda I Divizionun XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Zirə-2” – “Zaqatala” oyununda “Zirə-2”  komandasının 88 nömrəli oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2);
 
“Sumqayıt-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
 
“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2.);
 
Oyunda Təcili Tibbi Yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
 
“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilsin (maddə 54);
 
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);
 
MOİK – “Mingəçevir” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilsin (maddə 59.4.);
 
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı