9 avqust 2026. Bazar günü

Zirə'dən qəbələ, Qarabağ'la Qəbələ'dən heç-heçə


Zirə'dən qəbələ, Qarabağ'la Qəbələ'dən heç-heçə

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ev-səfər prinsipi ilə keçiriləcək bu mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Zirə” doğma meydanda “Neftçi”ni qəbul edib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olub.

Günün digər matçı isə “Qarabağ” "Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolluq bu qarşılaşmada isə qalib müəyyənləşməyib.

“Kəpəz” – “Turan Tovuz” və “Səbail” – “Sabah” matçları isə sabah keçiriləcək.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
8 dekabr

“Zirə” – “Neftçi” 1:0
Qol: Rəhim Sadıxov, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İK stadionu, 18:00.

“Qarabağ” – “Qəbələ” 2:2
Qol: Musa Qurbanlı, 56; 86 - Emil Səfərov, 25. Omar Hani, 87.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
“Azersun Arena”, 20:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı