9 avqust 2026. Bazar günü

Neftçi'dən ayrılmağı düşünmürəm


Neftçi'dən ayrılmağı düşünmürəm
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klublarının onunla maraqlanması barədə iddialara münasibət bildirib. Corner.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Bu barədə mənə daha əvvəl də sual verilib. Mediaya mənim haqqımda xəbər yazmağı qadağan edə bilmirəm. Nə istəsəniz, yaza bilərsiniz, bu, sizin hüququnuzdur. Mən "Neftçi"dəyəm. Klubda yeni toplantı olub. Heyəti gücləndirmək barədə danışmışıq. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm. Tam olaraq “Neftçi”nin qarşıdakı oyunlarına köklənmişəm”.
 
Xatırladaq ki, rumıniyalı çalışdırıcı cari mövsümün əvvəlində "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. Son dövrlərdə onun vaxtilə çalışdırdığı “Styaua” və “Universitatya” (Krayova) klublarına qayıdacağı barədə xəbərlər yayılmaqdadır.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı