27 iyul 2026. Bazar ertəsi

Azarkeşləri Qarabağ”la Neftçi'ni ziyana saldı


Azarkeşləri Qarabağ”la Neftçi'ni ziyana saldı
Bu gün İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
 
“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şamaxı” klubu 1600 manat cərimə edilib.
 
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. “Sumqayıt”ın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu