5 noyabr 2026. Cümə axşamı

Şamaxı polislərə, Qaradağ Lökbatan xərəkdaşıyanlara görə cəzalandı


Şamaxı polislərə, Qaradağ Lökbatan xərəkdaşıyanlara görə cəzalandı
Bu gün İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Şamaxı-2” – “Kəpəz-2” oyununa təcili tibbi yardım maşınının gecikməsinə görə “Şamaxı-2” komandası 160 manat cərimə edilib. Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” komandası 40 manat cərimə edilib.
 
“Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
 
“İmişli” – “Sumqayıt-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
 
“Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.






Misli Premyer liqa